• 23 Noyabr 2024 00:42

Bakının küçələri gecələr niyə qaranlığa qərq olur? – Eldar Eldarov nə işlə məşğuldur?

 

Bakı küçələrinin işıqlandırılması məsələsi ən aktual mövzulardan biridir. Bakı şəhərinin yolların işıqlandırılmasına BŞİH-in tabeliyində olan “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi baxır. Rəhbəri Eldar Eldarovdur. Bakı küçələrinin əksəriyyətində işıqlandırma sistemi mövcud deyil. Bakı şəhərində mərkəz hissəsi istisna olmaqla, ətraf yollar zülmət qaranlıq içindədir. İşıqlandırmanın olmaması qəzaların da sayını artırır.

Tacxeber.com-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

Partiya sədrinin müavini qeyd edib ki, piyadaların vurulması ilə nəticələnən qəzaların böyük əksəriyyəti məhz işıqsız ərazilərdə baş verir: “Günahı yalnız sürücülərdə görməyək. Günahkar məhz Eldar Eldarov və rəhbəri olduğu qurumdur. Keçirilən tenderlərin nəticəsi niyə yoxdur?! Niyə Bakının ətraf əraziləri hələdə işıqsızdır? Bir müddət öncə Eldar Eldarovun rəhbərlik etdiyi “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi elektrik lampasını tərs montaj etməklə gündəmə gəlmişdi. Ümumiyyətlə, Eldar Eldarov vəzifəyə təyin olunandan bəri hansı iş görüb axı?!  Bəli. Çıxıb deyə bilər ki, tenderləri öz yaxınlarıma vermişəm! Qanunvericilikdə borcu olan şirkətin tender də iştirak etməsi qadağandır. Eldar Eldarov o qədər rahatdır ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi işıqlandırma üçün lazımı mal-materialların satınalınması ilə bağlı tenderə yekun vurub və 15 min manat cari vergi borcu olan “İnterkabel” Firması tenderin qalibi olub və şirkətlə 800 min manatlıq müqavilə imzalanıb. Eldar Eldarovun qanunsuz əməlləri hələ çoxdur. Lazımı orqanlar bu adamla bağlı ciddi tədbir görməlidirlər”.

Tacxeber.com

Oxşar xəbərlər