BMT “Taliban”ın əfqanıstanlı qadınların QHT-lərdə işləməsinə qadağa qoyması tənqid edib.
Tacxeber.com xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş bəyanat yayıb.
Bildirilib ki, BMT Baş katibi qadınların milli və beynəlxalq qeyri-hökumət təşkilatlarında işləməsinin qadağan edilməsinə dair “Taliban”ın əmri ilə bağlı xəbərlərdən dərin narahatdır: “Bu qərar ölkə daxilində fəaliyyət göstərən və ən həssas qruplara, xüsusən də qadınlara və qızlara kömək edən çoxsaylı təşkilatların işinə xələl gətirəcək”.
Xatırladaq ki, “Taliban” Əfqanıstanda qeyri-hökumət təşkilatlarına qadınların işdən uzaqlaşdırılması əmrini verib. “Taliban” hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib bildirib ki, bu qərar Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir. Bu agentliyə 180-dən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı daxildir.