• 23 Noyabr 2024 07:27

Leyla Arif Gültəkin Hacıbəylidən üzr tələb edir.

 

Bu gün, dekabrın 23-də Nəsimi Rayon Məhkəməsində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin növbəti məhkəmə prosesi keçirilib. 

Hacıbəyli ictimai fəal Leyla Arif tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Onun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işi açılıb.

 Məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb. Gültəkin Hacıbəyli bildirib ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır. Prosesləri müxalifətə yönələn basqı kimi dəyərləndirir:

Leyla Arifin hüquqlarının qorunması komitəsinin sədri və “Tolişon sədo” qəzetinin baş redaktoru Rafiq Cəlilov isə deyib ki,  qarşı tərəf üzr istəməyənə qədər proses davam edəcək:

Gültəkin Hacıbəyli barəsində bu il oktyabrın 27-də cinayət işi açılıb. Noyabrın 30-da Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb. Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasından sonra o  sərbəst buraxılıb.

Oxşar xəbərlər