• 22 Noyabr 2024 23:17

“Maaş alan kimi dəfn yerimin behini verəcəm” – Xalq artisti

 

“Məndən 1 yaş balaca qardaşım var. Bu yaxınlarda dedi ki, gedək özümüzə dəfn üçün yer götürək, o yaşdayıq ki, bu gün, sabah öləcəyik. Dedim ki, gözlə maaşımı alım gedərik, pulu alan kimi gedəcəm. Düzdür, ora çatmayacaq, amma behini verəcəm”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Vidadi Həsənov “Açıq söhbət” verilişində deyib. Sənətçi ölümü düşünməyən insanların qəddar olduğunu bildirib:

“Müəyyən bir yaş dövrü olur ki, insanlar ölüm haqda düşünmürlər. Amma elə vaxt gəlir ki, o barədə hər gün, hər saat, hər saniyə düşünürsən və bir də görürsən ki, qapı döyüldü. Ölümü düşünmədən yaşayanda insanlar elə bilirlər ki, ölməzdirlər. Ölməzlik sindromu olanda, insanlar çox azğın və qəddar olur. Elə bilirlər ki, hər şey onlar üçün yaranıb. Amma bilsələr ki, müəyyən mənada dünya fanidir…”.

Tacxeber.com

Oxşar xəbərlər