• 23 Noyabr 2024 03:37

“Puşkin mənə lazımdırmı? Lermontov mənə lazımdırmı? Xeyr…”

“Onların yaradıcılığı rus xalqının insaniləşdirilməsi üçün heç nə etməyib….”

“Axı, Nekrasovu və ya Puşkini oxuyaraq, onlar adam olmadılar. Olmadılar, axı!..”

İndi heykəlləri Ukraynada sökülən və ya məktəblərdə əsərlərinin öyrənilməsindən imtina edilən rus mədəniyyətinin nümayəndələri rusiyalıları “insaniləşdirməyə” kömək etməyib.

Tacxeber.com  xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordon nəşrin baş redaktoru Alesa Batsmana müsahibəsində bəyan edib.

“Mən son zamanlar düşünürəm ki, Ukraynada rus şairi Alekdandr Puşkinin heykəlini sökürlər, rus klassikləri Mixail Lermontovun, Nilolay Nekrasovun və başqalarının şeirlərinin öyrənilməsindən imtina edirlər.

Mən hansısa labüdlüklə anladım ki, birincisi, bu, bizim üçün yad mədəniyyətdir, ikincisi, bu mədəniyyət sonucda rus xalqının insaniləşdirilməsi üçün heç nə edə bilməyib. Axı, Nekrasovu və ya Puşkini oxuyaraq onlar adam ola bilməyib. Ola bilməyib, ax!” – Qordon deyib.

Jurnalist qeyd edib ki, rusiyalların qüsurlarını hələ XIX əsrdə rus yazıçısı Mixail Saltıkov-Şedrin və rus dramaturqu Aleksandr Ostrovski yaxşı təsvir edib.

“Onlar gülürdülər, qamçılayırdılar. Amma heç nə dəyişməyib. Heç nə! – Qordon deyib.

 Mən həmişəki kimi öz nöqteyi-nəzərimi heç kimə sırımıram. Mən özümə sual edirəm: “Puşkin mənə lazımdırmı? Lermontov mənə lazımdırmı? Xeyr!”

Bunlar başqa mədəniyyət, başqa təbəqənin insanlarıdır. Və ən başlıcası, onların yaradıcılığı əsərlərini yazdıqları xalqının insaniləşdirilməsi üçün heç nə etməyib”.

Tacxeber.com

Oxşar xəbərlər