• 23 Noyabr 2024 01:27

Putin ikinci Böyük Pyotr olmaq istəyir – ABŞ nəşri

 

Rusiya prezidenti ona bütün həqiqəti deməyən məmurlara arxalanır.

Tacxeber xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadla yazıb.

ABŞ nəşrinə keçmiş Rusiya rəsmisi və Kremlə yaxın adamlar bildiriblər ki, prezident Vladimir Putin təcrid olunmuş siyasi fiqura çevrilib.

Mənbələrin sözlərinə görə, hər səhər dövlət başçısı diqqətlə hazırlanmış müharibə hesabatlarını oxuyur. O bunu Valday gölünün yaxınlığındakı iqamətgahında, ya da Soçidə edir. Rəqəmsal məmbədən çəkinən Rusiya prezidenti yalnız yazılı hesabatlara güvənir.

Mənbələrdən biri, keçmiş yüksək rütbəli Rusiya kəşfiyyatçısı deyib ki, cəbhə komandirləri Federal Təhlükəsizlik Xidmətinə (FSB – FTX) hesabat verirlər, o, hesabatlar redaktə olunur  və Təhlükəsizlik Şurasının ekspertlərinə, daha sonra Şura katibi Nikolay Patruşevə çatdırılır.

Ekaterina Vinokurova, İnsan Hüquqları Şurasının sabiq üzvü deyib: “Putinin ətrafındakı insanlar özlərini qoruyurlar. Onlar dərindən inanırlar ki, prezidenti narahat edəcək heç nə etməməlidirlər”.

O özünü tarixin səhvlərini düzəltmək üçün müqəddəs müharibə aparan min illik sivilizasiyanın nümayəndəsi kimi görür. Putin bu gün Böyük Pyotr kimi simaya sahib olmaq istəyir. (Yenisabah.az)

Tacxeber.com

Oxşar xəbərlər