• 19 Sentyabr 2024 06:12

Qan dövranını yaxşılaşdıran qidalar – SİYAHI

 

Qan dövranını sürətləndirmək, yaxşılaşdırmaq üçün kimyəvi dərmanlara ehtiyac yoxdur. Bir sıra qidalar vardır ki, onlar qan təzyiqini tənzimləyir, qad dövranını yaxşılaşdırır.

Tacxeber.com həmin qidaları təqdim edir.

İspanaq

İspanaqda bol miqdarda olan xlorofil, qanı və qaraciyəri təmizləyir, çirkli qanın və toksinlərin atılmasına köməkçi olur. Eyni zamanda zəngin bir C vitamini qaynağı olan ispanaq qan dövranı üçün möhtəşəm bir qidadır.

Xiyar

Antiinflamatuar təsirə sahib, C vitamini baxımından zəngin olan xiyar toksinlərin bədəndən atılmasına köməkçi olur. Ehtiva etdiyi su və lif ilə qan dövranını artırır.

Qırmızı bibər

Yaxşı bir C vitamini qaynağı olan qırmızı bibər, gündəlik C vitamini ehtiyacınızı qarşılayar. Milli.Az deyerler.org-a istinadən bildirir ki, antioksidant təsirə malikdir və bədənin su ehtiyacını da dəstəkləyir. Beləcə qan dövranını sürətləndirir.

Qoz

Qan dövranı üçün ən lazımlı qidalardan biri qozdur. O, daşıdığı xüsusi antioksidantlar və omeqa 3 sayəsində qan axınını sürәtlәndirir.

Yulaf

Bədəndəki xolesterol səviyyəsini azaldan yulaf, eyni zamanda antiinflamatuar təsirə malikdir. Qan dövranınızın sürətləndirmək üçün səhərlər bir kasa yulaf yeyin.

Sitrus meyvələri

Limon, portağal, naringi, qreypfrut. Hər biri antiinflamatuar təsirə malikdir. Bədəni təmizləyən sitrus bitkiləri, toksinlərin atılmasına köməkçi olaraq qan dövranını sürətləndirir.

Tacxeber.com

Oxşar xəbərlər