• 16 Sentyabr 2024 23:33

Rusiya quru qoşunlarının sabiq komandanı öldü

 

Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının sabiq baş komandanı Aleksey Maslov 69 yaşında ölüb.

Tacxeber.com xəbər verir ki, bu barədə A.Maslovun son illər işlədiyi “Uralvaqonzavod” konserni bildirib.

O, Burdenko adına Baş Hərbi Klinik Hospitalda dünyasını dəyişib.

Aleksey Maslov 2004-2008-ci illərdə Rusiya Federasiyasının Quru Qoşunlarına rəhbərlik edib, daha sonra Rusiyanın NATO-dakı baş hərbi nümayəndəsi olub. 2011-ci ilin oktyabrında hərbi xidmətdən ehtiyata göndərilib. O, son illərdə “Uralvaqonzavod”un hərbi-texniki əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər