Əməkdar artist Nüşabə Əlsəgərli həyat yoldaşı Rza ilə “Elgizlə izlə” proqramında qonaq olub.
İfaçı həyat yoldaşı Rzadan danışaraq onun saqqal saxlamasından şikayətlənib və bunu bəyənmədiyini etiraf edib:
“İndi saqqal buraxır. Bax Rza, efirə baxırsansa, deyirəm, mənim ad günümdə saqqal saxlama. Saqqalını qırx, xoşuma gəlmir. 5 dəfə “əzizim” formasında söyləmişəm. Sonuncu dəfə dedim ki, bax, onu qırxmasan… Qulaq asmır” deyə, N.Ələsgərli bildirib.