Sərxoş “Şaxta baba”lar tankla ingilis kəndinin girişini kəsdilər
Şaxta baba paltarı geyinmiş bir qrup sərxoş hərbi mühəndislər İngiltərənin cənubundakı Anqarrak kəndinə tank sürməyə çalışsa da, bataqlığa düşərək nəqliyyatın hərəkətinə mane olub.
APA xəbər verir ki, bu barədə Cornwall Live məlumat yayıb.
Anqarrak Milad bəzəkləri ilə məşhurdur və buna görə də hər qış turistləri cəlb edir.
Bir neçə hərbi mühəndis da çoxlu içki qəbul etdikdən sonra Şaxta baba paltarı geyinərək kəndi ziyarət etmək qərarına gəlib.
Nəticədə, “Şaxta baba” yalnız insanların bayramını korlayıb. Əvvəlcə dar kənd yolunda maşını zədələyiblər, sonra isə asfalta sığmayan bir tırtılla yolu tamamilə bağlayıblar. Tank həqiqətən də ilişib qalanda polis onu xəndəkdən çıxarmaq üçün yolu bağlamalı olub, bu isə xeyli turistin bəzədilmiş kəndi görməsinə mane olub.
Maraqlıdır ki, əvvəllər rayonun digər şəhər və kəndlərində də tankın üzərində olan Şaxta babalar görünsə də, onlar orada özlərini daha mehriban və ehtiyatlı aparır, hətta uşaqların zirehli maşınında şəkil çəkdirməsinə şərait yaradırdılar.