• 27 Sentyabr 2024 21:15

Türkiyənin “Hürjet” döyüş təlim təyyarəsi ilk uçuşa hazırlaşır.

 

Türkiyənin “Hürjet” döyüş təlim təyyarəsi ilk uçuşunu həyata keçirməyə hazırlaşır.

Məlumata görə, bu məqsədlə hazırlıqlar sürətlə davam edir.

Layihənin icrasına 2017-ci ilin avqustunda Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin dəstəyi ilə başlanılıb.

Təxminən 8000 hissədən ibarət olan “Hürjet”in montajı 2021-ci ilin yanvarında başlayıb. Bu günə qədər iki prototipin yığılmasının demək olar ki, bütün mərhələləri başa çatıb. Prototiplərdən biri əməliyyat qabiliyyəti, digəri isə uçuş performansı baxımından sınaqdan keçiriləcək.

“Hürjet” ilk uçuşunu 18 mart 2023-cü ildə edəcək.

Tacxeber.com

Oxşar xəbərlər