Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı futbolçu, hazırda azad agent statusu daşıyan Kriştiano Ronaldonun gələcəyi barədə danışıb.
Tacxeber.com goal.com-a istinadən xəbər verir ki, o, 37 yaşlı hücumçunun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcəyini bildirib.
“Mənə çatan məlumata görə, Ronaldo karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək”.
Qeyd edək ki, son günlər Ronaldonun “Əl-Nəsr”lə razılaşdığı barədə xəbərlər yayılıb. Tərəflərin 2030-cu ildədək müqavilə üçün anlaşdığı yazılır. Ronaldonun 2,5 il futbolçu kimi çıxış edəcəyi, bundan sonra klubun səfiri olacağı bildirilirdi. Forvardın son klubu “Mançester Yunayted” olub. O, ötən ay İngiltərə təmsilçisindən ayrılıb.