• 22 Noyabr 2024 22:36

Bakıda avtomobilini piyadaların üzərinə sürən sürücü cərimələndi – YENİLƏNİB + VİDEO

Baş Dövlət Yol Polis İdarəsindən Bakıda sürücünün avtomobilini piyadaların üzərinə sürməsi hadisəsinə münasibət bildirilib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, avtomobil sürücüsü İnzibati Xətalar Məcəlləsinin 330.0.1 qaydasını pozduğuna görə cərimələnib.

Nizamlanmayan piyada keçidinə daxil olmuş “Mercedes-Benz E-class” 99-MN-901 nömrəli avtomobilin sürücüsü Elgün Abdullayev Rizvan oğlu qaydanı pozduğuna görə 50 manat cərimə olunub.

Bakıda sürücü avtomobilini piyadaların üzərinə sürüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, “Mercedes-Benz E-class” markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini piyada keçidindən keçən insanların üzərinə sürüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər