• 19 Sentyabr 2024 20:38

Polis maşını ilə “Mercedes” toqquşdu : Yaralılar var – FOTO

Polis maşını ilə “Mercedes” toqquşdu : Yaralılar var - FOTO

Bərdədə yol qəzası olub, polis və daha bir nəfər xəsarət alıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəində araşdırma aparılır. (Baku.ws)

Oxşar xəbərlər