Qaraciyəri müalicə edən 5 ərzaq Sağlamlıq 26 Dekabr 2022 17:45 133 Qaraciyər təmizliyinə diqqət yetirilməli vacib orqanlardan birincisidir. Tacxeber.com xəbər verir ki, müəyyən qidalar həftə ərzində qəbul edilərsə, qaraciyər təmizlənər, toksinlər yığılmaz. Qaraciyər toksinlərlə potensial zəhərlənə bilən orqandır. Alimlər qaraciyəri təmizləyən super qidaları açıqlayıb. Cücərtilər – məsələn, buğda cücərtisi xlorofillə zəngin olduğu üçün qaraciyəri təmizləyir. Buğdanı evdə səməni kimi cücərtməlisiz. Çuğundur – nitrat və antioksidantlarla zəngindir, qaraciyərdə iltihabı azaldır Qara üzüm – qaraciyərin dərmanıdır Yaşıl yarpaqlı tərəvəzlər – kələm, brokkoli, brüsel kələmi, kərəviz, ispanaq, kahı parçalayıcı fermentlərin miqdarını artırıb, detoks effekti verir. Qoz – Omeqa-3 turşusu ilə zəngindir, qaraciyər toxumasında piy toplanmasının qarşısını alır. Qozu yeməzdən əvvəl suda isladın. Tacxeber.com