• 22 Noyabr 2024 17:37

Ukrayna Lukaşenkoya xəbərdarlıq ETDİ

Ukrayna Lukaşenkoya xəbərdarlıq ETDİ

 

Rusiya Ukraynaya qarşı müharibədə Belarusun ərazisindən və hava məkanından istifadə edir və bu, artıq bizə özümüzü müdafiə etmək hüququ verir.

Tacxeber.com xəbər verir ki, bunu  ukraynalı deputat,  Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu fiziki cəhətdən münaqişəyə cəlb olunmayana qədər Belarusa zərbə endirməyəcək.

“Belarus Ukraynaya qarşı cinayətində şərikdir. Bu o deməkdir ki, Belarus ərazisi müharibə teatrı ola bilər. Yəni, Ukraynanın Belarusa silahla cavab vermək hüququ var”, – o,   vurğulayıb.

Həmçinin deputat bildirib ki, Lukaşenko Rusiyaya Ukraynaya hücumlar üçün öz ərazisindən istifadə etməyə icazə verir. Amma Belarus ordusu hələ də Ukraynaya hücumda birbaşa iştirak etməyib. Ola bilsin ki, Lukaşenko üçün hələ də qırmızı xətlər var və o, qorxduğu üçün onları keçmir.

Tacxeber.com

Oxşar xəbərlər