Xameneinin bacısı qızı aclıq aksiyasına başladı Gündəm 26 Dekabr 2022 02:02 114 İranın ali rəhbəri Seyid Əli Xameneinin həbsdə olan bacısı qızı Fəridə Muradxani aclıq aksiyasına başlayıb. Tacxeber.com xəbər verir ki, bununla bağlı Fəridə Muradxaninin qardaşı Mahmud Muradhani məlumat yayıb. “Fəridə Muradxani ev dustaqlığına buraxılmaq tələbi ilə aclıq aksiyasına başlayıb”, – deyə Mahmud Muradxani məlumat verib. Qeyd edək ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib. Tacxeber.com