Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Londondakı restoranının görüntüləri yayılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə jurnalist-bloqçu Cavanşir Həsənli feysbuk hesabında fotolar paylaşıb.
O qeyd edib ki, elit restoranı 4 milyon funt sterlinqə (8.4 milyon manat) başa gəlib.
Cavanşir Həsənli həmçinin Anar Məmmədovun Virciniya adalarındakı tək bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olduğunu yazıb.
“Sənədlərdə qeyd olunur ki, son nəzarət edən tərəf Anar Məmmədovdur. Onun şirkəti Britaniyanın şimal-qərbində 22 restorandan ibarət “KFC franchise” şəbəkəsinə sahibdir”,- deyə yazıb.
Qeyd edək ki, Ziya Məmmədov 15 il – 2002-2017-ci illərdə Azərbaycanda nəqliyyat naziri olub.