Avropa Parlamentinin üzvü Jacek Sariuş Volski bildirib ki, Gürcüstanın Avropa İttifaqına daxil olması birbaşa eks-prezident Mixail Saakaşvili ilə bağlıdır.
Tacxeber.com xəbər verir ki, bu barədə “ Georgia Online” məlumat yayıb.
Avropalı mühafizəkarlar və islahatçılar qrupunun üzvü “Gürcü arzusu” liderlərinin Saakaşvili ilə Avropa perspektivi arasında paralellər aparmağın yersiz olması barədə sözlərinə münasibət bildirib.
“Saakaşvilinin işi ilə Gürcüstanın Avropa İttifaqına daxil olması arasında paralellər prinsipial əhəmiyyət kəsb edir. Bunlar bir-birindən ayrılmaz xarakter daşıyır. Saxlanılan eks-prezident həbsxanada ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Avropa İttifaqına daxil olmasını dəstəkləməyəcək”, – Volski bildirib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini müalicə üçün xaricə köçürməyə çağırıb.