• 23 Noyabr 2024 03:43

Mədəaltı vəzin kistləri kimlərdə yaranır? – Müayinə və müalicə

Kist mədəaltı vəzin parenximasından çıxan içi maye ilə dolu kisəciklərdir.  Kiçik ölçülü kistlər heç bir kliniki əlamət və simptom vermir.

Bəzi hallarda ağırlaşmalar verə bilər: irin, perforasiya, kistin partlaması, daxili qanaxma və s.

Daha çox gənc və orta yaşlı insanlarda rastlanır.  Bu xəstəlik kifayət qədər ciddi, tibb üçün problemli və həkimlərin çəkindiyi bir xəstəlikdir.

Çünki mədəaltı vəzi asanlıqla əməliyyat etmək də mümkün deyil.

Statistikaya görə, kəskin və xroniki pankreatiti olan xəstələrin 25% -də kistlər yaranır.

Xüsusən alkoqol təsirindən və hələ də içki qəbul edən xəstələrdə kist yaranması riski 65%-dir.

Kistlərin səbəbi təbii ki, iltihabdır.
Eləcə də, mədəaltı vəzi fermentlərin axınını pozan bir sıra xəstəliklər də kistlərə səbəb ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu partoloji prosesin 2 növü ayırd edilir. Kəskin və xroniki.

Kəskin formada mədəaltı vəz divarından ayrılan formalaşmış kistlərin hələ olmamasıdır.
Xroniki formada kistoz divarlar seçilir, içində fibroz və ya qranulyasiya komponenti olur.
Ayrıca olaraq irinləmiş kistlər – abseslər də olur.

Əlamətləri:

Burda xəstəliyin forması və kistlərin ölçüsünə uyğun vəziyyət dəyişir.
5 sm-dən aşağı olan kistlər heç bir əlamət vermir. Əsas simptom ağrı olur. Zamanla ağrı azalır, ara-sıra küt şəkildə özünü xatırladır.
PAsiyentlər əlləri ilə toxunduqda mədəaltı vəz nahiyəsində ağrı, diskomfort hiss etdiklərini etiraf ediblər.

Əgər kist partlayarsa, qəfil güclü ağrılar başlayır. Bu zaman əlavə olaraq ürəkbulanma, qusma, diarreya yaranır.

Mədəaltı vəzin ekzokrin funksiyası pozulduğundan bağırsaqda faydalı maddələrin sovrulması azalır, xəstənin çəkisi zamanla itir.  Odur ki, xəstənin arıqlaması da mədəaltı vəzin siqnalı ola bilər.

Artıq kistlər böyük olanda, irinləyəndə, qonşu orqanla təzyiq etdiyindən mexaniki sarılıq baş verir.

Diaqnoz:

Terapevt və qastroenteroloq tərəfindən xəstə yoxlanır, USM olunur, qanın analizi verilir. Kistlər USM-də asanlıqla görünür.
İrindən şübhələndikdə KT təyin olunur.

Müalicə

Kistlər cərrahi müdaxilə tələb edir. Bunun bir neçə metodikası var. Amma kistlər kiçikdirsə, konservativ metodla müalicə olunmaq lazımdır.

Tacxeber.com

Oxşar xəbərlər