• 22 Noyabr 2024 23:25

Pelenin mükafatı Neymara niyə verildi? – FOTO

 

PSJ və Braziliya millisinin hücumçusu Neymar Pele üçün nəzərdə tutulan “Tarixi futbolçu” kubokunu təhvil alıb.

Tacxeber.com xəbər verir ki, 82 yaşlı əfsanəvi futbolçu bu mükafatı təntənəli mərasimdə Neymarın əlindən almalı idi. Lakin bağırsaq xərçəngi səbəbilə noyabrın 29-dan xəstəxanaya yerləşdirilən əfsanəvi hücumçunun durumu ağır olduğundan mərasim baş tutmayıb. Bu səbəbdən titul Neymara təqdim edilib. PSJ-nin forvardı Pele üçün nəzərdə tutulan kuboku təhvil almağa layiq görüldüyünə görə xoşbəxt olduğunu bildirib:

“Bu gün mənim üçün xüsusi gündür. Məni Peleyə “Tarixi futbolçu” kubokunu təqdim etmək üçün dəvət etdilər. Bu tədbirin bir hissəsi olmaqdan qürur duyuram”.

Neymar sosial şəbəkələrdəki hesablarında səhhəti getdikcə pisləşən Peleyə paylaşımlar da həsr edib. “Futbolu öz krallığına çevirən, müharibələri başlamaq əvəzinə dayandıran, dünyanı ovsunlamaq üçün gücündən istifadə edən biri. Hörmət edilən, öz nəslini yaradan, gəncliyə ilham verən, bütün qızıl kuboklara sahib çıxan və sadəcə matçın adamı olmayan biri. O, bütün dövrlərin ən yaxşısı idi” – deyə Neymar yazıb.

Qeyd edək ki, Pelenin orqanizmi artıq müalicə prosesinə cavab vermədiyindən, onun səhhəti pisləşməkdə davam edir. Bu səbəbdən əfsanəvi futbolçu ailə üzvləri ilə vidalaşıb. Onun dəfn mərasimi üçün hazırlıq işlərinə başlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər