Uqandada yaşayan 67 yaşlı fermerin 12 arvadı, 102 uşağı və 568 nəvəsi var.
Tacxeber.com xəbər verir ki, Hasahya ilk dəfə 1971-ci ildə 16 yaşında ailə qurub, iki ildən sonra bir qızı dünyaya gəlib.
Sonra ailəsini genişləndirmək istəyən kişi 12 dəfə evlənib və kiçik bir tayfaya bənzəyən ailəsi olub.
12 yataq otağı olan böyük evdə yaşayan və işləri yaxşı getdiyi üçün ailəsini genişləndirmək istəyən Hasahyanın açıqlamaları bir anda gündəmə gəlib.
Bütün övladlarının təhsil almasını istədiyini deyən kişi arvadlarına da göstəriş verib.
Hasahya övladlarının sayının çox olmasına baxmayaraq, torpağın münbit olduğu vaxtlarda yaxşı dolandığını, heç bir problem yaşamadığını, illər keçdikcə gəlirlərinin azaldığını bildirib.
“Mən böyüdükcə ailəm də böyüdü” deyən kişi beynəlxalq mətbuatın diqqət mərkəzinə düşüb.
6 yaşdan 51 yaşa qədər uşaqları olan kişi artıq onlara baxa bilmədiyini etiraf edib və dövlətdən kömək istəyib.