• 22 Noyabr 2024 17:36

Bakıda qadın ətçəkən mikserə düşərək öldü

Bakıda qadın ətçəkən mikserə düşərək öldü

 

Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.

Tacxeber.com-ın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində yerləşən sexlərin birində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd olunub ki, fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Tacxeber.com

Oxşar xəbərlər