• 23 Noyabr 2024 03:30

İrəvana mühüm səfərlər: Məqsəd Rusiyadır…

 

Bu il ərzində Fransa Prezidenti Emmanuel Makron, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin başçısı Riçard Mur İrəvana gedib bu ölkənin Baş naziri Nikol Paşinyanla qapalı müzakirələr aparıblar.

Bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, sözügedən səfərlərin əsas məqsədi İrəvanı Moskvadan uzaq salmaqdır:

“Bu səfərləri birləşdirən əsas amil – Ermənistan hakimiyyətini Rusiyadan uzaqlaşmağa inandırmaq idi. Paşinyan və onun hökumət üzvləri Rusiyadan narazıdırlar. Düşünürlər ki, Azərbaycan Kremlin susqunluğundan istifadə edərək bölgədə mövqelərini gücləndirir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səs-küy yaradan “Rusiya bizə təzyiq edir” açıqlaması il ərzində Qərb ölkələrindən İrəvana edilən səfərlərin və müzakirələrin məntiqi nəticəsidir. Paşinyanın Rusiyadan tamamən imtina etməsi üçün Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi gərəkdir. Pelosi, Börns, Makron və Mur Paşinyana müxtəlif vədlər verə bilərdilər, ancaq Ermənistanı və Qarabağ separatçılarını Azərbaycandan qoruya biləcək imkanları və istəkləri yoxdur”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər