• 22 Noyabr 2024 17:59

Möhtəşəm kəşf: Bu xəstəliyin diaqnozu üçün qan testi

 

 

ABŞ-ın Pitsburq Universitetinin alimləri Alzheimer xəstəliyinə diaqnoz qoyan qan testi hazırlayıblar.

Pitsburq Universitetinin Tibb Fakültəsindən bir qrup nevroloq, qan nümunəsindən Alzheimer xəstəliyini aşkar edən bir test hazırladıqlarını açıqlayıb.

 Tacxeber.com xəbər verir ki, Alzheimer diaqnozunun qoyulması üçün bahalı, vaxt aparan və zəhmət tələb edən müasir diaqnostika üsullarından başlayaraq, elm adamları həmin xəstəliyə xas olan “beyindən əldə edilən tau” zülalını aşkar edən antikor əsaslı Qan Testi üzərində işləməyə başlayıblar.

Alzheimer xəstəliyinin müxtəlif mərhələlərində olan 600 xəstə üzərində yoxlanılan qan analizlərinin nəticələri ənənəvi diaqnostika üsullarından əldə edilən nəticələrlə müqayisə edilib.

Hazırlanmış qan testi mövcud olan ənənəvi diaqnostik üsulların nəticələri ilə düz mütənasib olan və Alzheimer xəstəliyini dəqiq müəyyən edən nəticə verib. Dosent Dr. Thomas Karikari inkişaf etdirdikləri qan testinin geniş istifadə edilməsi üçün çalışacaqlarını ifadə edərək, “Hazırda Alzheimer xəstəliyinin diaqnozu üçün beyin görüntüləmə lazımdır. Bu testlər bahalıdır və bir çox xəstələrin hətta ABŞ-da MRT və PET skanerlərinə çıxışı yoxdur. Əlçatanlıq əsas məsələdir” deyə vurğulayıb.

Alimlər qeyd ediblər ki, onların növbəti addımı müxtəlif irq və etnik mənsubiyyətlərdən olan xəstələr və yaddaş itkisinin müxtəlif mərhələlərində və ya demensiyanın digər potensial simptomlarından əziyyət çəkənlər də daxil olmaqla, daha geniş spektrli xəstələrdə qan testini yoxlamaqdır.

Tacxeber.com

Oxşar xəbərlər