• 23 Noyabr 2024 07:37

Qatırquyruğu otunun inanılmaz faydaları

 

 

Qatırquyruğu(kırkkilit) otu

Qatırquyruğu otunun ən əhəmiyyətli xüsusiyyəti bədəndə yığılan maye və ödəmləri orqanizmin mineral tarazlığını pozmadan xaric edə bilməsidir.

Böyrək, sidik yolları və öd kisəsi iltihabında müvəffəqiyyətlə istifadə edilə bilər.
Yüksək nisbətdə ehtiva etdiyi silisium turşusu sayəsində ağciyər xəstəlikləri, toxumalar, dəri, saç və dırnaqlarla əlaqədar narahatlıqlarda istifadə edilməsi məsləhətdir.
Bütün dəri xəstəliklərində və gec yaxşılaşan yaralarda kompres, yuma və ya duş qatqısı olaraq istifadə edilə bilər.
Qan dövranı pozulduqda, bədəndə hər hansı qırıqlar səbəbindən qaynaqlanan şişliklər, qıç yaralarından və dəri narahatlıqlarında da istifadə edilə bilər.
Maddələr mübadiləsinin pozulması, revmatizm və bağırsaq xəstəlikləri bir çox digər xəstəliklərin qaynaqlanmasına səbəb olur. Qatırquyruğunun silisik turşu tərkibi olması bu zaman fayda verir. Bu bitki ilə vanna qəbul etmək məsləhətdir.
Bel ağrıları zamanı qatırquyruğu vannası qəbul edə bilərsiniz.
Badamcıq, diş əti və ağız boşluğu iltihabında qarqara etməklə faydasını görə bilərsiniz.
Sidik qaçırma və uşaqların yuxuda sidik qaçırmalarına qarşı çay müalicələri tətbiq oluna bilər.
Prostat böyüməsi və prostat iltihabına qarşı istifadə edilə biləcək bitkilərin ən yaxşısıdır.
Bədəndən ödəmi mineral balansi pozmadan xaric etdiyinə görə arıqlamaq üçün faydalıdır

İstifadə qaydaları

Qatırquyruğu bitkisi çay və qarqara olaraq istifadə edilə bilər. Ümumiyyətlə, çay kimi içilməsinin bir çox faydalı təsirləri var. Bundan başqa, qatırquyruğu qaynadılan su eqzema, sızanaq, yara, çiban qarşı istifadə edilə bilər. Bu su qarqara olaraq isə boğaz, badamcıq və diş əti iltihablarına qarşı faydalıdır.

Qatırquyruğu çayının hazırlanması

Bir çay qaşığı qatırquyruğu bir stəkan qaynar suda qaynadılar, üstü bağlı 15-20 dəqiqə dəmləndikdən sonra süzülür. Təzə dəmlənmiş qatırquyruğu çayını gündə 3-4 stəkan ac qarnına, yemək aralarında isti formada içmək məsləhətdir.

Ağır ürək və ya böyrək xəstələri həkimlə məsləhətləşərək qəbul edə bilər.

Tacxeber.com

Oxşar xəbərlər