• 22 Noyabr 2024 22:42

Xankəndi mağazaları qarşısında növbələr yaranıb

Xankəndində tərəvəz mağazası qarşısında növbə

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on yeddi gündür davam edir.

Tacxəbər Toplum TV-yə istinadən  xəbər verir ki, etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Yerli mətbuatın məlumatına görə, havanın şaxtalı olmasına baxmayaraq, etirazçılar yolun hər iki tərəfində aksiyanı davam etdirirlər. Rusiya sülhməramlı qüvvələrinin maşınlarının yoldan maneəsiz hərəkət etdiyi bildirilib. Həmçinin qeyd olunub ki, aksiya iştirakçıları Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi xəstəxanasındakı 3 nəfər ağır xəstənin Ermənistana təxliyə etməsinə şərait yaradıblar.

Eyni zamanda isə erməni teleqram kanalları Xankəndində əhalinin çətin vəziyyətlə üzləşdiyini, ərzaq mağazalarının qarşısında uzun növbələrin yarandığını yazırlar.

Dünən, dekabrın 27-də Qarabağda yaşayan ermənilərdən ibarət bir qrup Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb etmək üçün Xankəndi aeroportuna yürüş edib.

“AzadlıqRadiosu”nun Erməni xidməti – “Azatutyun”-un məlumatına görə, sakinlər Volkovdan Laçın dəhlizinin açılmasını və nəqliyyatın bu yolla fasiləsiz hərəkətinin bərpa olunmasını tələb ediblər. Ermənilər Volkov danışıqlar üçün gəlməsə, hava limanını bağlayacaqlarını bildiriblər. Volkov görüşə gəlməyib. Bir qrup sakin isə gecədən səhərədək Rusiya sülhməramlı kontingentinin ştabı qarşısında aksiyanı davam etdirib.

Dekabrın 27-də həmçinin məlum olub ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qarabağ ermənilərinə dərmanlar, uşaq qidaları, tibbi ləvazimatlar gətirilib. “Armenpress”  qondarma “Dağlıq Qarabağ Respublikasının Səhiyyə Nazirliyi”nə istinadən məlumat verib ki, göndərilən dərman ehtiyatı cəmi 10 gün kifayət edəcək.

Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-də başlayıb.

Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər.

Oxşar xəbərlər