• 20 Sentyabr 2024 01:45

Bakıda evli gəlinlə tutulan oğlan özünü binadan atıb öldürdü

 

Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.

Tacxəbər xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən “Qəsr” yaşayış kompleksində qeydə alınıb.

1998-ci il təvəllüdlü M.Ə qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib

Onlar evdə görüşən zaman qadının həyat yoldaşı zəng edib.

Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qaynının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib.

Çarəsiz qalan gənc oğlan lüt eyvana çıxaraq 13-cü mərtəbədən özünü atıb.

Hadisə yerində ölən şəxsin paltarları da tapılıb. (Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər