• 28 Sentyabr 2024 05:29

Sürücüyə hücum edən xanım sürücü. – Yolu kəsib maşına zərbələr endirdi – VİDEO

 

Bakıda sürücüyə hücum edən  xanım sürücü peyda olub.

Tacxəbər avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan-Masazır dairəsinə yaxın ərazidə baş verib .

Belə ki, 77-AF-960 qeydiyyat nişanlı “Mazda” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozaraq görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Sürücü təhlükə yarandığını görən zaman ona səs siqnalı ilə xəbərdarlıq edib.

Bundan qəzəblənən xanım sürücü görüntünü qeydə alan avtomobilin arxasınca gedərək onun qarşısını kəsib, daha sonra avtomobilin banına zərbələr vurub. Sürücü buna əhəmiyyət verməyib yoluna davam etsə də, xanım sürücü bu hərəkəti davamlı şəkildə törətməyə başlayıb.

Sözügedən videonu təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər