Tacxeber.com xəbər verir ki, dövlət qulluqçusu olduğu bildirilən Jak Freitas adlı şəxs xoşuna gəldiyi qonşusunun evinə girib. Qadınla yaxınlıq etmək üçün gizlicə onun evinə girmək istəyən şəxs xoşagəlməz hadisə ilə üzləşib. Hadisə zamanı narkotikin təsiri altında olduğu ehtimal edilən Freitas qadının yaşadığı mənzilin qarşısındakı metal maneyəyə ilişərək xəsarət alıb. Braziliyalı xəsarət almasına baxmayaraq, qadının evinə daxil olaraq ona təcavüz etməyə cəhd göstərib.
Qadın qışqıraraq kişidən xilas ola bilib. Braziliyalı onun arxasınca qaçarkən huşunu itirib. Məlum olub ki, o çox qan itirdiyinə görə bir müddət sonra vəfat edib. Polis hadisədən sonra aparılan araşdırmalar zamanı təcavüzkarın mənzilində müxtəlif narkotik vasitələr tapdığını bildirib.