Tacxeber.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Benni Qants söyləyib.
Bildirilir ki, Təl-Əviv-Tehran xəttindəki gərginlik Benni Qantsın hərbi hava qüvvələrinin tələbələri qarşısında çıxışı zamanı etdiyi bu açıqlama ilə yeni miqyas alıb.
Qants vurğulayıb: “2015-ci il nüvə sazişinin yenilənməsi üzrə beynəlxalq səylərin dayandırılması ilə İran uranın zənginləşdirilməsi prosesini sürətləndirdi”.
Müdafiə Naziri Qants hərbi hava qüvvələrinin kursantlarına “İki və ya üç ildən sonra siz İrandakı nüvə obyektlərinə doğru hücumda iştirak edə bilərsiniz”, – deyə xitab edib.
O əlavə edib: “İsrail son illərdə hazırlıqlarını xeyli artırıb və İrana hücum ehtimalını istisna etmir”.