• 22 Noyabr 2024 22:43

Kişilərdə prostat genişlənməsinin səbəbləri

Prostatla bağlı müxtəlif xəstəliklər mövcuddur. Ən geniş yayılanı isə prostat genişlənməsidir.

Tədqiqatlar göstərir ki, prostat genişlənməsi 50 yaşa qədər kişilərin 25%, 50-80 yaş arası kişilərin isə 90% -də baş verir.

Prostat, kişi hormonu olan testosterona həssas bir orqandır. Testesteron səviyyəsinin ən aşağı düşdüyü zaman prostat vəzinin qocalıq dövründə genişlənməsi buna əyani sübutdur.

Xəstəliyin səbəbləri:

Prostat genişlənməsinin dəqiq səbəbi bilinməsə də, ən geniş yayılmış səbəbi yaşlanmadır. Xəstəliyin yaranmasında genetik faktorlarda əsas rol oynayır. Ailədə kimdə olubsa, gələcəkdə övladında da bu xəstəlik baş verə bilər. Bundan əlavə, bəzi ətraf mühit amilləri və qidalanma ilə əlaqəsi araşdırılsa da, o qədər də tutarlı nəticə alınmayıb. Son illərdə piylənmə və prostat genişlənməsi arasındakı əlaqəni göstərmək üçün tədqiqatlar aparılmışdır. Buna görə artan bədən çəkisi, bədənin kütlə indeksi və göbək ətrafı ilə prostat ölçüsünün artmasının əlaqəli olduğu göstərilmişdir. Qırmızı ət, yağ, karbohidratlar, quş əti ilə qidalanma prostat vəzinin böyüməsi riskini artırır Tərəvəz, doymamış yağ turşuları, linoleik turşu, D vitamini və müntəzəm məşqlər prostat genişlənməsi riskini azaldır.

Prostat böyüdükcə sidik kanalının qarşısını kəsir və sidiyin bədəndən xaric olunmasına maneə törətməyə başlayır. Prostat vəzi genişləndikdə sidik kisəsi tamamilə boşala bilmir və qalan sidik təkrarlanan infeksiyalara və böyrək funksiyasının daimi pozulmasına səbəb ola bilər. Tıxanma dərəcəsindən asılı olaraq xəstələrdə sidiyə düzgün çıxa bilməməklə bağlı şikayətlənmə halları olur.

Tacxeber.com

Oxşar xəbərlər