• 20 Sentyabr 2024 02:29

Kriştiano Ronaldoya 6 min avroluq işçi tələb olunur – FOTO

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo Portuqaliyada yeni villa tikdirib.

Tacxəbər  “Sky Sports Italia”ya istinadən bildirir ki, Portuqaliyalı oyunçunun yeni evi Lissabonun Cascais səmtindəki Quinta da Marinha rayonundadır. 3 mərtəbədən ibarət bu evin ümulikdə 3000 kvadratmetr ərazini var.

Hal hazırda bu villada işləmək üçün Ronaldo, aşpaz da daxil olmaqla 4 nəfərlik heyyət işə götürəcək. Kriştiano Ronaldo villada çalışacaq işçilərə aylıq 6 min avro maaş verməyi planlayır.

Xatırladaq ki, 30 milyon avroluq  bu villanın 455 kvadratmetr bağçası və açıq sahəsi, tennis kortu, kinoteatrları, açıq və qapalı şüşəli hovuzu, idman kompleksi, smart istilik sistemi, 20 maşınlıq meqa qarajı var.

Hal-hazırda  Portuqaliyada minimum əmək haqqı 822 avro nəzərdə tutulur.

Tacxeber.com

Oxşar xəbərlər