Nurəddin Mehdixanlı: “İran rejimi artıq qocalıb, baş verənlərə hazır olmalyıq…”
“Bütün imperiyaların yaranışı və çöküşü var. Bu gün İran imperiyadır və onun çöküş prosesi başlayb”.
Bu sözləri Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib.
Onun sözlərinə görə, bu məsələdə nə ərəbi, nə bəlucu, nə kürdü, nə azərbaycan türklərini, nə də başqa etnik xalqları günahkar saymaq lazımdır:
“Rejimin artq yaşa dolması, qocalması və bu sayaq idarəetmənin mümkün olmadığı göz qabağındadır. Nəticə etibarı ilə xalqların, millətlərin haqqı tapdanır. Dili qadağan edilir, milli-mənəvi dəyərləri qadağan edilir, milli kimliyini bəyan etməyə haqları yoxdur. Təbii ki, belə olan halda, İranda proseslər bu şəkildə davam edəcək”.
“Sadəcə biz baş verənlərə hazır olmalyıq. Düşünürəm ki, o taylı-bu taylı azərbaycanlılar müəyyən mənada buna hazırdırlar”, – deyə Xalq artisti vurğulayıb.
Aktyor əlavə edib ki, biz kiminsə daxili işlərinə qarışmırıq, halbuki bizə şiə qardaşım deyən, müsəlman qardaşım deyən İran-fars rejimi bizim daxili işlərimizə qarışır:
“Biz haqqımız-hüququmuz çatan nəsnələri tələb edirik. Düşünürəm ki, qarşıdan gələn illərdə də proseslər buna doğru irəliləyəcək”.