Vladimir Putin “İmperator III Aleksandr” kreyserini suya buraxılmasında iştirak edib.
Tacxəbər Rusiya KİV-lərinə istinadən bildirir ki, bu gəmi Borey-A ailəsinin raketdaşıyıcısıdı və gövdəsində 16 “Bulava” ballistik raketi daşımaq imkanı vardır.
Bundan əvvəl də V. Putin Rusiya Federasiyasının hərbi gəmilərin inşası sürətini artıracağını bildirmişdi.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, 955A layihəli “Generalissimo Suvorov” nüvə sualtı kreyseri Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələrinə qəbul edilib.