Azərbaycanın strateji valyuta ehtiyatları 11 ayda 12.3% və ya 6.5 milyard ABŞ dolları artaraq 59.8 milyard ABŞ dollarına çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Rəsmi göstəricilərə görə, 2022-ci ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 milyard ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranıb. (Modern)