Bakıda gəlinlə tutulduğuna görə özünü binadan atan oğlan polis imiş Gündəm 30 Dekabr 2022 17:08 145 Özünü 13-cü mərtəbədən atıb öldürən gəncin kimliyi məlum olub. 1998-ci il təvəllüdlü Məhəmməd Əmiraslanlı adlı gənc polis imiş. Onun polis alayına yeni işə düzəldiyi və idmançı olduğu bildirilir. Xatırladaq ki, hadisə Masazır qəsəbəsində yerləşən “Qəsr” yaşayış kompleksində qeydə alınıb. M.Əmiraslanlı qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib. Bu zaman qadının həyat yoldaşı zəng edib. Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qayınının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib. Çarəsiz qalan gənc oğlan lüt eyvana çıxaraq 13-cü mərtəbədən özünü atıb. Hadisə yerində ölən şəxsin paltarları da tapılıb. Tacxeber.com