Bəzən ictimaiyyət nümayəndələri deputatlardan səlahiyyətlərimizə uyğun olmayan şeyləri tələb edirlər.
Tacxeber.com xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Filan yerdə oğurluq var, deyirlər, “deputat hara baxır?” Yaxud dövlət malı mənisənib, yenə deyirlər, “deputat hara baxır?” Deputatın funksiyası ondan ibarədir ki, bəlli problemlərlə bağlı dövlət qurumları qarşısında məsələ qaldırsın. Digər tərəfdən, yoxlanmamış, şaiyələrdən ibarət informasiya haqqında bizim hər hansı tədbir görməyimiz mümkün deyil. İlk növbədə məsələ dəqiq şəkildə araşdırılmalıdır”, – Novruzov əlavə edib.