• 22 Noyabr 2024 19:05

Kimə desək, Zakir Fərəcov hansısa xanıma dörd otaqlı mənzil bağışlayıb. İnanmayıb deyəcəklər nə əcəb, bina bağışlamayıb – Partıya sədirindən sərt ittiham

 

Gələn il Azərbaycanda səs-küy doğuracaq kadr islahatlarının aparılacağı gözlənilir. Məlumata görə, 2023-cü ildə hazırda yüksək vəzifə tutan bəzi məmurların işdən azad olunması planlaşdırılır.  Siyasi kluarlarda dolaşan müzakirələrdə deyilir ki, etimadı doğrultmayan və fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlar vəzifələri ilə vidalaşmalı olacaqlar. Onların arasında icra başçılarının da yer alacağı bildirilir.

Mövzu ilə bağlı danışan Ağ Partiya sədri Tural Abbaslı hesab edir ki, Azərbaycanda icra başçılarının 70-80 faizi dəyişdirilməlidir. Onun sözlərinə görə, vətəndaşların narazı qaldığı məmurlardan biri Sumqayıtın icra başçısı Zakir Fərəcovdur:

“Mən indiyə kimi əhalinin hansısa icra başçısından razı olduğunu görməmişəm. Əsasən də, Sumqayıt, Gəncə, Lənkəran kimi böyük şəhərlərdə yaşayan insanlar icra başçılarından narazıdırlar. Çünki nə yeni iş yerləri açılıb, nə yeni iş imkanları yaradılıb. Nə gənclər, nə də ahıllar üçün şərait qurulub. Sumqayıt Gəncədən sonra Azərbaycanın üçüncü böyük şəhəridir.

Ancaq hər səhər Sumqayıtdan Bakıya, axşam da Bakıdan Sumqayta avtomobil axını olur. Bu o deməkdir ki, Sumqayıt sakinlərinin hamısı Bakıda işləyir. Sumqayıtlılar Bakıda işləyirsə, onda şəhərin icra başçısı nə işlə məşğuldur.Niyə iş yerləri açıb, investisya cəlb edə bilmir? Niyə beynəlxalq maliyyə imkanlarını ora cəlb etmir? Təkcə Sumqayıtdan söhbət getmir. Bundan qabaq Naxçıvan üçün deyirdik ki, 400 min əhalidən cəmi 100 mini ərazidə qalıb, 300 min insan isə iş dalınca dünyanın digər ölkələrinə yönəlib”.

Partiya sədri qeyd edib ki, icra başçıları qarşısında konkret tapşırıqlar qoyulmalı, nəticə tələb olunmalıdır:

“Şəhər öz ayaqları üzərində dayanmağı bacarmalıdır. Azərbaycanın böyük şəhərləri, ya digər rayonları olsun, hamısı büdcədən asılı vəziyyətdədir. Yəni icra başçılarının vəzifəsi büdcədən maaşlar üçün və investisya layihələri üçün ayrılan pulları xərcləməkdən, daha doğrusu, həmin pulları mənimsəməkdən ibarətdir. Ona görə mən düşünürəm ki, indi şəxsləri yox, konkret olaraq onların işə yanaşmasını dəyişdirmək daha məqsədə uyğundur. Qarşıya faktiki tapşırıq qoyulmalıdır. Məsələn, Sumqayıtda 3 il ərzində 10-15 min daimi iş yeri açılmalıdır. İcra başçısı bunu bacarmırsa, işindən kənarlaşdırılmalıdır”.

T.Abbaslı onu da vurğulayıb ki, Sumqayıt sakinlərinin narazılıq etdiyi icra başçısı Zakir Fərəcovun Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla əlaqəsi üzə çıxsa, bunu təəccüblə qarşılamayacaq. O, adları çəkilən şəxslərin gizli əlaqədə olduğunu istisna etməyib.

“Əslində, onlar hamısı bir-birilə qohumdurlar. Kimi tərpədirsən, bir-birilə ya bacanaq, ya quda çıxır. Əgər Zakir Fərəcovun Vasif Talıbovla əlaqəsi, gizli işbirliyi üzə çıxsa, təəccüblənmərəm. Ancaq onlar Sumqayıtda hanısa böyük restoranın açılışı üçün, yoxsa dövlət və dövlətçiliyə qarşı işbirliyi edib, bunu dəqiq deyə bilmərəm”.

Ağ Partiya lideri  Zakir Fərəcovun Türkiyədə yaşayan bir qadına 4 otaqlı mənzil hədiyyə etməsi barədə xəbərlərə də münasibət bildirib:

“Sumqayıtda vətəndaşlara gedib desəniz ki, Zakir Fərəcov kiməsə 4 otaqlı ev bağışlayıb, ya bir neçə qızıl hədiyyə edib, gülərlər. Deyərlər ki, Sumqayıtın hamısı, Bakının neçədə bir hissəsi onundur. Bu sirr deyil, hamıya məlum olan məsələdir. İcra hakimləri guya ki, aldıqları 2000-2500 manatla dolanırlar. Dövlət büdcəsi hesabına, mənimsənilən vəsaitlər hesabına “dolanırlar”. O baxımdan kimə desək ki, Z.Fərəcov hansısa xanıma dördotaqlı ev verib, bildirəcək ki, nə əcəb bina bağışlamayıb”.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Türkiyədə yaşayan bir xanıma 4 otaqlı mənzil hədiyyə etdiyi bildirilir. İddialara görə, icra başçısı ona yaxın olan deputat vasitəsilə hədiyyəni xanıma təqdim edib. Hətta bildirilir ki, Z.Fərəcov xanımın ailə üzvlərindən birinin toyuna elə həmin deputatı yollayıb və çox qiymətli hədiyyələr göndərib. Sözügedən xanımın kimliyi açıqlanmasa da, onun Zakir Fərəcova çox yaxın olduğu güman edilir.

Tacxeber.com

Oxşar xəbərlər