“Rusiya ilə İsrail arasında bütün sahələrdə əməli əməkdaşlığımızın davam etməsinə ümid edirəm…”
“Birləşmiş Ştarlar Yaxın Şərq regionu sakinlərinin rifahı naminə sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün səylər göstərəcək…”
Ağ ev İsrailin yeni hökumətinə iki dövlətin yaradılmasına kömək etməyi vəd edib
Baş nazir Binyamin Netanyahu dünya liderlərindən yenidən İsrail hökumətinin baş naziri vəzifəsinə başlaması münasibətilə təbriklər almaqdadır.
Tacxeber.com xəbər verir ki, bu barədə “RİA Novosti” informasiya agentliyi məlumat yayıb.
İlk olaraq İsrailin yeni baş nazirini Rusiya prezidenti Vladimir Putin, bir qədər sonra ABŞ prezidenti Co Bayden təbrik edib.
“Hörmətli cənab Netanyahu, İsrail dövlətinin baş naziri vəzifəsinə başlamağınız münasibətilə səmimi təbriklərimi qəbul edin”, – Putinin təbrikində deyilir.
“Rusiyada Sizin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində çoxillik şəxsi tövhəniz yüksək qiymətləndirilir. Sizin rəhbərliyiniz altında yeni hökumətin Rusiya ilə İsrail arasında bütün sahələrdə əməli əməkdaşlığın xalqlarımızın rifahı, Yaxın Şərq regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi naminə inkişaf etdirilməsi xəttinin davam etməsinə ümid edirəm”, – təbrikdə deyilir
Putin Netanyahuya dövlət fəaliyyətində uğurlar, habelə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıb.
Regionda sülh və təhlükəsizliyin vacibliyi haqqında Co Baydenin təbrikində də deyilir.
“Mən baş nazir Netanyahu, mənim dostumla onilliklər ərzində birlikdə İsrailin və bütün Yaxın Şərqin üzləşdiyi çoxsaylı çağırışlara, o cümlədən İran tərəfdən təhlükələrə qarşı birlikdə müqavimət göstərmək üçün işləməkdə davam etmək imkanını səbirsizliklə gözləyirəm” , – təbrik teleqramında deyilir.
“Birləşmiş Ştatlar getdikcə daha firavan, çiçəklənən və təhlükəsiz olan regiona onun sakinlərinin rifahı naminə dəstək verməkdə davam edəcək”, – təbrikdə belə deyilir.
Öz məktubunda Co Bayden Yaxın Şərqin gələcəyinə özünün baxışlarına diqqət çəkib.
“Lap əvvəldən mən və administrasiya tərəfdaşlarımızla birgə bu regionda, o cümlədən israilllilərlə fələstinlillər arasında sülhə dəstək göstərilməsi və irəliyə aparılması üzərində işləyib”, – Bayden vurğulayıb.
“Biz Netanyahu başqa olmaqla İsrailin yeni hökuməti ilə fəaliyyətimizin bu mühüm istiqamətini möhkəmləndirməkdə davam etməyə səy göstərəcəyik. Əvvəllər olduğu kimi, ABŞ iki xalq üçün iki dövlət yaradılması barədə qərarı dəstəkləməkdə davam edəcək və bu ideyanı təhlükə altına atan və ya bizim ümumi maraqlarımıza və dəyərlərimizə zidd olan siyasətə qarşı çıxacaq”.
Ağ evin Yaxın Şərqdə, o cümlədən İsraildə sülh prosesini möhkəmləndirmək və genişləndirmək arzusu həmçinin ABŞ Dövlət katibi Entoni Blinkenin məktubunda ifadə edilib.
“Co Baydenın dediyi kimi, ölkələrimiz arasında dərin əlaqələr Birləşmiş Ştatların İsrailin təhlükəsizliyinə sarsılmaz sədaqətinə və ümumi ideallar olan demokratik prinsiplərə və İsrailin bu günü və gələcəyinin öz qonşuları ilə sülh şəraitində yaşamasına əsaslanır”, – Dövlət katibi yazıb.
“Söhbət həm israillilər, həm də fələstinlilər üçün azadlıq, ədalət, təhlükəsizlik və çiçəklənmə naminə bərabər imkanların irəliyə aparılmasından gedir”, – Blinken vurğulayıb.
Xəbər verildiyi kimi, dekabrın 29-da İsrailin yeni hökuməti rəsmən işə başlayıb. Onun üzvləri Knesset tərəfindən nazirlər kabinetinin tərkibi təsdiq edəndən sonra and içib.