• 20 Sentyabr 2024 03:47

Putin yalnız iki Avropa liderini təbrik etdi

Putin yalnız iki Avropa liderini təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin  Avropa liderlərindən yalnız Serbiya prezidentinə və Macarıstanın baş nazirinə Yeni il təbriki göndərib.

Tacxeber İnterfax agentliyinə istinadən xəbər verir ki, Kremlin saytında Putinin Milad və Yeni il bayramları münasibətilə xarici dövlət və hökumət başçılarına təbrik məktubları dərc edilib. Təbrik göndərilənlər arasında Avropa liderlərindən yalnız iki nəfər – Serbiya Prezidenti Aleksandar Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban yer alıb.

Jurnalistlər Kremlin mətbuat katibi Dmitri Peskova Putinin ABŞ, Fransa və Almaniya liderlərini Yeni il münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı sual ünvanlayıblar.

 “Hazırda onlarla heç bir əlaqəmiz yoxdur. Prezident adı çəkilən ölkə liderlərinin qeyri-dost hərəkətlərini nəzərə alaraq onları təbrik etməyəcək”,- deyə Peskov bildirib.

Tacxeber.com

Oxşar xəbərlər