• 19 Sentyabr 2024 05:15

QADINLAR SÜD VƏZİLƏRİNDƏ NƏ HİSS EDİRLƏR?

40% fibrokistik vəz toxuması, 30%- normal vəz toxuması, 13%- digər xoş xassəli forma pozuntuları , 10%- süd vəzi xərçəngi, 7%- fibroadenoma (xoş xassəli şiş )

Tümor (Şiş)

Tümor sözü latıncada “şiş” mənasını verir.Bu məna xüsusi bir vəziyyətə işarə etməkdən çox, istər sərt istər kista (maye dolu ) olsun, hər növ çıxıntı, şişkinlik şişi izah etməkdə istifadə olunur.Əsasən hüceyrələrin həddindən artıq çoxalmasından qaynaqlanır, xoş və ya bəd xassəli olur.Xoş xassəli (zərərsiz) şişlər bəd xassəli olanların əksinə idarəsiz şəkildə yayılmazlar.İnkişafları ya tez ya da gec sona çatır və bitişik orqanlara yayılmazlar.Xəstə üçün həyati təhlükə yaratmazlar.Bir çox vəziyyətdə süd vəzi şişləri xoş xassəlidir.Dəyişik formada xoş xassəli süd vəzi şişləri var və bunların ən yayılmış növü fibroadenomadır.

Fibroadenoma düzgün kənarlı , sərhədləri aydın hiss oluna bilən və hərəkətli lobya şəklində hiss edilə bilir.

 

XƏRÇƏNG

Xərçəng bəd xassəli şişlərə verilən adlardan biridir.Xərçəng sözü fərqli xəstəlikləri əhatə edir və bunların hamısının ortaq xarakteri mutasyona məruz qalmış, idarəsiz və digər orqanlara yayıla bilən (metastaza) hüceyre çoxalmasıdır.
Süd vəzinin yeganə ciddi problemi vəə ya xəstəliyi süd vəzi xərçəngidir.Əllə hiss edilə bilen xərçənglər sərt, düzənsiz və forması hiss edilmeyən vəziyyətdədir.Fərqli formada süd vəzi xərçəngləri var və bunların hamısında müalicələr və nəticə fərqlilik göstərə bilər.Amma xəstənin yaxşılığı üçün bunların mükün olduğu qədər qısa müddətdə olmağı lazımdır.Hələ əllə hiss edilə bilən bir şiş halına gəlmədən mamoqrafiyada üzə çıxan xərçənglərdə metastaza olma ehtimalı 15%-dir.Əllə hiss edilən şişlərdə isə, bu ehtimal 40%-ə qədər ola bilər.Bu səbəblə heç bir şikayəti olmayan qadınlarda hər il edilən müayinələr erkən diaqnoz və xəstəlikdən tamamilə xilas olmaq üçün çox lazımlıdır.

Tacxeber.com

Oxşar xəbərlər