Ronaldo barəsində həbs qərarı verildi İdman 30 Dekabr 2022 12:37 110 İspaniya məhkəməsi Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo barəsində həbs qərarı çıxarıb. Tacxeber.com xəbər verir ki, 37 yaşlı ulduz futbolçuya vergidən yayındığı üçün 2 ilə yaxın müddətdə (23 ay) cəza verilib. Ancaq İspaniya qanunlarına əsasən həbs müddəti iki ildən az olduğu üçün Ronaldo bunun əvəzində pul ödəyəcək. Bu səbəbdən Ronaldo 3,57 milyondan keçməli olacaq. Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” klubu ilə müqaviləsini ləğv edən Kriştiano hazırda klubsuzdur. Tacxeber.com