• 22 Noyabr 2024 19:03

10 ildən çoxdur “Kupça” ala bilməyənlərin çıxış yolu nədir? – VİDEO

Bakı və Abşeron rayonunda bəzi sakinlər 10 ildən çoxdur yaşadıqları binanın çıxarışını ala bilmirlər.

 Əmlak Məsələləri Dövlət Xidmətindən məsələ ilə bağlı bildirib ki, yeni tikilən binalarda çıxarış probleminin əsas səbəbi bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin qanunvericiliyin tələblərinə riayət olunmadan həyata keçirilməsidir.
Belə ki, tikinti şirkətləri həmin ərazi üçün icazəni çoxmənzilli binanın tikinti ilə bağlı deyil, fərdi yaşayış evinin tikintisi ilə bağlı almasıdır.
Ekpertlər vətəndaşların bu kimi hallarda rəsmi olaraq məhkəməyə müraciət etmələrini tövsiyyə edirlər.
Daha ətraflı İTV-nin süjetində:

Oxşar xəbərlər