• 22 Noyabr 2024 18:20

Avropada isti hava fonunda qazın qiyməti düşməyə davam edir

Avropada bugünkü hərracda qazın qiyməti fevralın 16-dan bəri ilk dəfə 1 000 kubmetr üçün 800 dollardan aşağı düşüb.

Tacxəbər “Report”-a istinadən xəbər verir ki, bu barədə ICE London Birjasının məlumatında deyilib.

Günün əvvəlindən ümumi qiymət azalması 16 % təşkil edib.

Niderlandın TTF habında yanvar fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 791,3 dollara və ya MVt/saat üçün 71,66 avroya (cari avro/ABŞ dolları məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün EUR ilə təqdim olunur) düşüb.

Qeyd edək ki, Avropada isti hava fonunda qaz qiymətləri azalır. Aİ ölkələrinin əksəriyyətində bu həftə havanın temperaturu iqlim göstəricilərindən yüksək olaraq qalır ki, bu da nəinki saxlanclardan qazın çıxarılmasının azalmasına, həm də onların doldurulmasının rekord həddə qədər artmasına səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər