• 06 İyun 2025 06:11

Hava limanında şübhəli çanta: 4 insan kəlləsi AŞKARLANDI

 Hava limanında şübhəli çanta: 4 insan kəlləsi AŞKARLANDI
Paylaş

Meksika hava limanının əməkdaşları bağlamada insan kəllələri tapıblar.

Bu barədə ölkənin Milli Qvardiyası öz tviter hesabında məlumat yayıb.

Bildirilib ki, hadisə Queretaro şəhərinin hava limanında baş verib. Hava limanının əməkdaşları kuryer şirkəti tərəfindən göndərilən bağlamalara baxış keçirərkən orada kəllə sümükləri aşkarlayıblar. İnsan qalıqları plastik və folqa ilə bükülü olub.

Sümüklər hüquq-mühafizə orqanları tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır. (konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər