Türkiyə müdafiə naziri Hulusi Akar F-35 və F-16 hərbi təyyarələri, eləcə də S-400 müdafiə sistemləri ilə bağlı mühüm açıqlamalar verib.
Müdafiə naziri F-35 və F-16 məsələlərini həll etmək üçün yaxın günlərdə Ankaradan nümayəndə heyətinin Vaşinqtona gedəcəyini deyib.
Akar S-400-lə bağlı suala belə cavab verib:
“S-400-ün istifadəsi ilə bağlı söz-söhbətlər var. Nə vaxt raket hücumu oldu ki, biz də istifadə etmədik? Qərbə sözümüz budur ki, S-400-lərin heç kimə zərəri yoxdur. Bu təhlükə deyil. Türkiyəyə raket zərbələri endirmək, hücum üçün təyyarə göndərmək haqda düşünənlərdən başqa”.
Müdafiə naziri uzun müddətdir gündəmdə olan F-35 və F-16 məsələlərinə də toxunub.
“Yanvarda nümayəndə heyətimiz F-35-lərlə bağlı ABŞ-a gedəcək.
F-16 məsələsinə gəlincə, yanvarda Senatda danışıqlar aparmaq üçün başqa bir nümayəndə heyətimizin ABŞ-a səfəri gözlənilir”.