• 23 Noyabr 2024 02:53

Nevrozdan qurtulmanın sadə yolları

 

 

Nevrozdan qurtulmaq üçün sedativ dərmanlardan və bitkilərdən əvvəl,  yüngül diet və psixoloji dəstək lazımdır. Nevroz hər hansı psixoloji travmadan yaranır.Yaxın birinin ölümü və ya hansısa psixoloji sıxıntıya səbəb olan insanlar! Ona görə psixoloji dəstək söhbət lazımdır.

Diet: Nevroz biri yaxşı olar ki, qara çay gün ərzində 1 stəkadan artıq içməsin, heç içməsə lap yaxşı olar, susuzluğa görə su içmək lazımdır. Çox duzlu yemək olmaz, şəkərli şirin xəmirli qidalar çox olmaz.

Nevroz özünə qapalı yaşamamalıdır, fikrini yayındıracaq bir işlə məşğul olmaq lazımdır.

Nevrozlar üçün ani həyəcanı qan dövranını və yuxusuzluğu yaxşılaşdırmaq üçün məsləhətlər:

1. Hər səhər ac qarına 1 yemək qaşığı rafinə olunmamış saf zeytun yağı qəbul etmək.

2. Günorta yeməkdən 30 dəqiqə sonra yemişan bitkisinin çiçək yarpaq və ya meyvə qarışıq dəmləməsini qəbul etmək.

3. Əyər nəfəs darlığı hissi çoxdursa 1-2 qram Dam otu bitkisi yemişanla birlikdə dəmlənir. (Dəmlənmə üsulu bir stəkana 2 qaşıq yemişan çiçək və yarpaqları + 1-2qram dam otu əlavə edilir üzərinə qaynar su tökülür 10-15 dəqiqə gözlənir süzülür və içilir.

4. Axşam yatmazdan əvvəl 1 stəkan melissa (bədrənç bitkisi) dəmləməsi. 1 çay qaşığı bədrənç 1 stəkana əlavə edilir üzərinə qaynar su tökülür 10 dəqiqə gözlənir süzülür içilir.

Tacxeber.com

Oxşar xəbərlər