• 22 Noyabr 2024 23:30

Seçkilərdə uduzan prezident ABŞ-a qaçdı

 

Oktaybr ayında prezident seçkilərində məğlub olan Braziliya Prezidenti Jair Bolsonaru yeni hökumətin qurulmasına iki gün qalmış ABŞ-a qaçıb.

Bu haqda CNN Brasil məlumat yayıb.

Bolsonarunun olduğu təyyarənin Floridaya uçduğu bildirilib

Məlumata görə, siyasətçi vəkillərinin tövsiyəsi ilə məhz ABŞ-a gedib.

Xatırladaq ki, Braziliyada keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silva 50,8% səslə ölkə prezidenti seçilib.

Əlavə edək ki, Braziliya konstitusiyasına əsasən, normal şərtlərlə hakimiyyətin təhvil verilməsi yanvarın 1-də həyata keçirilməlidir. (axar)

Tacxeber.com

Oxşar xəbərlər