Türkiyəli müğənni Aslı Hünel Yeni il hədiyyəsi olaraq özünə yeni lüks avtomobil alıb.
Avtomobili isə “Gəzən ev” adlandırıb.
Məhdud sayda istehsal olunan bu avtomobillərdə qəhvə maşını bölməsindən tutmuş xüsusi zərgərlik bölməsinə qədər hər şey var.
Türkiyəli iş adamı Savaş Yurtseverlə xoşbəxt evliliyi olan 45 yaşlı Aslı Hünel bu avtomobillə özünü mükafatlandırdığını bildirib.
O qeyd edib ki, televiziya proqramlarının çəkilişlərinə görə vaxtının çoxunu yolda keçirir və ona görə bu addımı atıb. “Çox işləyirəm və özümü mükafatlandırmaq istədim. Proqram çəkilişləri üçün diyar-diyar gəzirik. Həyatım sözün əsl mənasında yollarda keçir. Mən də buna görə özüm üçün “gəzən ev” düzəltdirdim”, – deyə müğənni vurğulayıb.
İçində iki televizor, soyuducu, qəhvə maşını, peyk antenası, “Apple TV”, paltar asılqanı, xüsusi zinət əşyaları bölməsinə qədər hər şeyin olduğu və xüsusi dizayn edilən avtomobilin qiyməti ilə bağlı isə müğənni açıqlama vermək istəməyib.